"Qalatasaray"ın Belanda və Fequli ilə bağlı son qərarı

16:34 08-09-2018
"Qalatasaray"ın Belanda və Fequli ilə bağlı son qərarı

“Qalatasaray” Belanda və Fequli ilə bağlı qərarını verib.
Sportmedia.az xəbər verir ki, bu haqda “Skor” məlumat yayıb.
Bildirilir ki, “Cim Bom” oyunçuları klubdan göndərmək qərarına gəlib. Belanda və Fequlinin menecerlərinə futbolçular üçün yeni klubun tapılması ilə bağlı tapşırıq verilib. İstanbul təmsilçisi yarımmüdafiəçilərin satışından əldə edilən gəlirlə yeni hücumçu almaq niyyətindədir.
Qeyd edilir ki, “Qalatasaray”ın bu qərara gəlməsində əsas səbəblərdən biri baş məşqçi Fatih tərimin 1 deyil, 2 hücumçu transferini tələb etməsidir.


.
.
.
0.45930004119873