Azərbayacan - Norveç matçının hakimləri bəlli oldu

16:50 08-09-2018
Azərbayacan - Norveç matçının hakimləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə qrup mərhələsində Norveç yığması ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Barbeno Lukaya olacaq. Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq.


.
.
.
0.88267493247986