Qurban Qurbanov: “Çalışacağıq müsbət nəticə əldə edək” - Fotolar

22:35 09-09-2018
Qurban Qurbanov: “Çalışacağıq müsbət nəticə əldə edək” - Fotolar

UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 10-da Ta` Qalidəki National Stadium-da Malta – Azərbaycan qarşılaşması keçiriləcək.
Sportmedia.az xəbər verir ki, oyun ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun, həmiçinin milli komandanın üzvü Riçard Almeydanın iştirak ilə mətbuat konfransı təşkil olunub:

Qurban Qurbanov: “Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidi. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək.


Riçard Almeyda: "Bizim üçün məsul görüşdü. Vacib oyuna hazırlaşmışıq. Çalışacağıq ki, məşqçimizin tapşırıqlarını yerinə yetirək və müsbət nəticə qazanacağımıza ümid edirəm".


.
.
.
0.46766304969788