Sarri: "Atam "Çelsi"də siqareti tərgitməmi istədi"

16:54 10-09-2018
Sarri: "Atam "Çelsi"də siqareti tərgitməmi istədi"

“Çelsi” ilə Premyer Liqada 4 oyuna maksimum nəticə əldə edən Maurisio Sarri İtaliya mətbuatına maraqlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis:
“Napoli”də mənə “komandir” deyə səslənirdilər. Özümü şəhərin təmsilçisi kimi hiss edirdim. “Napoli”ni sevirdim. Məndən nə istədiklərini bilirdim”.
Atasının “Çelsi”dən gələn təklifə münasibəti barədə də danışan Sarri: “Atam “Çelsi”dən təklif gədiyini biləndə qəbul etməli olduğumu dedi. Ən azıdan burda siqareti tərgitməmi istədi”.
Sarri “Napoli”dəki oyunçularla vidalaşa bilmədiyini deyib: “Hər şey çox tez oldu. “Napoli”də oyunçularımla vidalaşa bilmədim. İndi demək istəyirəm. Hamınız möhtəşəmsiniz. Çalışmağa davam edin. Xəyallarınızı reallaşdıra bilərsiniz”.


.
.
.
0.38737082481384