Bu gün saat 20:00: Azərbaycan U-21 – Norveç U-21
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində bu gün “Dalğa Arena”da Azərbaycan və Norveç yığma komandaları qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, saat 20:00-da başlayacaq və “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq oyunu San Marinodan olan hakimlər idarə edəcək:
Baş hakim: Barbeno Luca
Baş hakimin köməkçiləri: Francesco Lunardon, Salvatore Tuttifrutti
Dördüncü hakim: Michele Scarpino