"Qəbələ"nin futbolçusu Qlazqoda 17-yə çatdı

13:51 11-09-2018
"Qəbələ"nin futbolçusu Qlazqoda 17-yə çatdı

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti sınağına çıxıb.
“C” liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. Qlazqonun “Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.
Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.


.
.
.
0.62767195701599