Pirloya 1 oyunluq təklif

18:35 12-09-2018
Pirloya 1 oyunluq təklif

Avstraliya Liqasında mübarizə aparan "Avondeyl" klubu İtaliyanın əfsanəsi Andrea Pirloya təklif göndərib.
Sportmedia.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.
İddia edilir ki, "Avondeyl" Pirloya 19 sentyabrda "Sidney"ə qarşı keçirəcəkləri oyunda forma geyinməyi təklif edib. İtalyan əfsanə isə bu təklifi qəbul etməyib.
Xatırladaq ki, Pirlo "San Siro"da Maldini, Ronaldo, Zanetti, Kafu, Totti, Buffon, Ronaldinyo, Şevçenkonun da iştirak etdiyi matçda son oyununu oynaraq karyerasını başa vurmuşdu.


.
.
.
0.47583699226379