"Bavariya"nın hücumçusu "Qalatasaray"ın hədəfində

17:20 13-09-2018
"Bavariya"nın hücumçusu "Qalatasaray"ın hədəfində

Yanvarda Qomisin yerinə hücumçu transfer etmək istəyən “Qalatasaray” indidən çalışmalara başlayıb.
Sportmedia.az xəbər verir ki, “Cim Bom”un hücumçu namizədləri arasına “Bavariya”nın futbolçusu Sandro Vaqner də daxil olub.
Baş məşqçi Fatih Tərim 30 yaşlı forvardın yaxından izlənilməsini və noyabr ayında detallı məlumat verilməsini istəyib.
Xatırladaq ki, Vaqner keçən mövsüm yanvar ayında “Hoffenhaym”dan 13 milyon avro qarşılığında Münhen təmsilçisinə transfer olmuşdu. Keçən mövsüm 35 oyunda rəqib qapısına 15 dəfə yol tapan almaniyalı hücumçu bu qolların doqquzunu “Bavariya”nın, altısını isə “Hoffenhaym”ın heyətində vurub.


.
.
.
0.34615898132324