"Fənərbaxça"dan iki futbolçu ayrılır

17:36 13-09-2018
"Fənərbaxça"dan iki futbolçu ayrılır

“Fənərbaxça” iki futbolçusu ilə yolları ayırır.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
“Sarı-lacivərtlilər”də Türkiyə futbol Federasiyasına təqdim olunan 28 nəfərlik heyətdən kəbnarda qalan Dirar və Ozan Tufanın tezliklə yeni komandalarının adına aydınlıq gələcəyi iddia edilir. İstanbul təmsilçisinin Dirarın transferi üçün Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bir klubla danışıqlar apardığı qeyd edilir. Türk yarımmüdafiəçi Ozan Tufanın da BƏƏ-dəki hər hansı bir kluba transfer olacağı gözlənilir.
Xatırladaq ki, BƏƏ-də transfer dönəmi oktyabrın 2-də başa çatacaq.


.
.
.
0.4073600769043