"Mançester Siti"dən rekord

14:27 14-09-2018
"Mançester Siti"dən rekord

“Mançester Siti” 2017/2018 mövsümündə əldə etdiyi gəliri açıqlayıb.
Sportmedia.az xəbər verir ki, klubun açıqlamasına görə son 5 ildəki 44 faizlik artım səbəbilə “şəhərlilər” keçən mövsüm 500.5 milyon funt sterlinq gəlir əldə edib.
Bu məbləğ klub tarixinin rekord göstəricisidir. Həmçinin, son Premyer Liqa çempionu 2017/2018 mövsümündə 10.4 milyon funt sterlinq mənfəət əldə edib.
Onu da qeyd edək ki, “Mançester Siti” “Real” (Madrid), “Barselona”, “Bavariya” və “Mançester Yunayted”dən sonra 500 milyon funt sterlinqlik gəlir limitini keçən 5-ci klub oldu.


.
.
.
0.38990688323975