İcraiyyə Komitəsinin iclası keçirilib - Fotolar

15:08 14-09-2018
İcraiyyə Komitəsinin iclası keçirilib - Fotolar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.
- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunsun.
- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.


2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:
- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı “A” dərəcədən “B” dərəcəli meyara keçirilsin. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

v


.
.
.
0.40896105766296