Fritz Stüxlik kimdir?

15:13 14-09-2018
Fritz Stüxlik kimdir?

Xəbər verdiyimiz kimi, bu gün İcraiyyə Komitəsinin iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə Fritz Stuxlik təyin olunub.
Sportmedia.az Stuxlik barədə qısa məlumatı diqqətinizə çatdırır:

Adı: Fritz
Soyadı: Stuxlik
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.


.
.
.
0.32815909385681