Kriştiano Ronaldodan nəhəng investisiya

15:42 14-09-2018
Kriştiano Ronaldodan nəhəng investisiya

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo Parisdə açılacaq yeni mehmanxanaya şərik olmağa hazırlaşır.
Sportmedia.az xəbər verir ki, tikiləcək 4 ulduzlu mehmanxananın 53.4 milyon funta başa gələcəyi təxmin edilir.
210 otaqlı olması gözlənilən mehmanxanın tikintisində iştirak edəcək ortaqlardan biri də məşhur “Pestana” şirkəti olacaq. Bu, “Pestana” şirkətinin Parisdəki 6-cı mehmanxanası olacaq və qoyulacaq investisiyanın yarısı Kriştiano Ronaldo tərəfindən qarşılanacaq. Mehmanxananın tikintisinin 2021-ci ildə başa çatacağı bildirilir.


.
.
.
0.38350200653076