Kevin De Bruynenin sərbəst qalma məbləği açıqlanıb

17:15 14-09-2018
Kevin De Bruynenin sərbəst qalma məbləği açıqlanıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bruynenin transfer məbləğini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis ulduz futbolçunun sərbəst qalma məbləğinin 250 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, 27 yaşlı Bruyne dizindəki zədəyə görə noyabr ayınadək forma geyinə bilməyəcək.
Belçika millisinin üzvü keçən mövsüm “Mançester Siti” forması ilə iştirak etdiyi 52 oyunda 12 qol vurub və 21 məhsuldar ötürmə edib.


.
.
.
0.36481714248657