“Qalatasaray”ın yeni sponsoru

17:28 14-09-2018
“Qalatasaray”ın yeni sponsoru

“Qalatasaray”ın Avrokubokdakı sponsoru bəlli olub.
Sportmedia.az xəbər verir ki, Türk Hava Yolları (THY) “Cim Bom”un Avrokubok matçlarındakı forma sponsoru oldu.
İstanbul təmsilçisi sosial media hesabları vasitəsilə verdiyi açıqlamada:
“Klubumuz ilə Türk Hava Yolları arasındakı müqaviləyə əsasən, “Qalatasaray”ımız keçən mövsümlərdə olduğu kimi qarşıdakı mövsümdə də Avrokubok matçlarında Türk Hava Yolları loqosu ilə mübarizə aparacaq”.
Çempionlar Liqasında “Lokomotiv” (Moskva), “Porto” və “Şalke” ilə “D” qrupda yer alan “Qalatasaray” bütün səyahətlərini THY ilə reallaşdıracaq.


.
.
.
0.74698400497437