Qurban Qurbanov: "Bu gün komandamızda çox şey alınmırdı"

00:06 15-09-2018
Qurban Qurbanov: "Bu gün komandamızda çox şey alınmırdı"

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Sportmedia.az xəbər verir ki, meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Çətin oyun oldu. Bu gün komandamızda çox şey alınmırdı, rəqib rahat oynayırdı. Bunu da normal başa düşmək lazımdır. 6 gün sonra ağır oyunumuz olacaq. Daha çox bir yerdə olmalı və komandanı yaxşı hazırlaşdırmaq lazımdır".


.
.
.
0.41027998924255