Nazim Süleymanov: "Mən komandadan razı qaldım"

00:12 15-09-2018
Nazim Süleymanov: "Mən komandadan razı qaldım"

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Sportmedia.az xəbər verir ki, meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Nazim Süleymanov oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Rəqibi təbrik edirəm. Bir neçə gün sonra Avropa Liqası başlayır. O turnirdə də Ağdam təmsilçisinə uğurlar arzulayıram. “Qarabağ”la oynamaq həmişə şərəfli olub. Futbolçular ən yaxşı keyfiyətlərini göstərməyə çalışırdı. Matç keyfiyyətli oldu. Mən komandadan razı qaldım. Daim irəli baxıb, irəli getmək lazımdır”.


.
.
.
0.38888216018677