Samir Abasov: "Bir xeyli suala cavab tapdıq"

23:51 15-09-2018
Samir Abasov: "Bir xeyli suala cavab tapdıq"

“Zirə”nin baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportmedia.az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla başa çatan oyundan sonra bunları bildirib:

“Yeni komandamda ilk oyunum idi. Uşaqlara paltardəyişmə otağında bildirdim ki, zaman yoxdu. Əks halda çox şey itirə bilərik. Oyundan oyuna artırmalıyıq. Məncə, bu görüşdə bir xeyli suala cavab tapdıq. Bu gün Bilal və Dedov zədəli idilər. Bu baxımdan hücumda rotasiyalar etdik. Limitə daxil olan futbolçuların hər ikisi dayaq yarımmüdafiəçisidi. Arxada top saxlamaq mənim tapşırığım idi. Kor-koranə topu irəliyə vurmağın əleyhinəyəm”. (komanda.az)


.
.
.
1.6342370510101