Kosta cəzalandırılacaq

22:09 16-09-2018
Kosta cəzalandırılacaq

A Seruyada “Yuventus”un “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdiyi matçın son dəqiqələrinə Duqlas Kostanın etdiyi hərəkət damğa vurub.
Sportmedia.az xəbər verir ki, qarşılaşmanın 90+2-ci dəqiqəsində “Sassuolo”nun futbolçusu Di Françeskoya əvvəlcə dirsək atan və daha sonra üzünə tüpürən Duqlas Kosta VAR-ın xəbərdarlığından sonra qırmızı vərəqə ilə cəzalandırılıb.
Rəqibin üzünə tüpürdüyünə görə Kostanın ən azı 3 oyunluq cəza alacağı gözlənilir. Lakin rəqib oyunçuya dirsək atdığına görə, bu cəzanın 5 oyuna qaldırılması da ehtimallar arasındadı.
“Yuventus”un baş məşqçisi Maks Alleqri matçdn sonra verdiyi açıqlamada: “Bəlkə ona qarşı qayda pozulmuşdu, lakin Kostanın hərəkəti düzgün deyildi. Duqlasın tüpürməsi yol verilməzdi. Duqlas çox yaxşı uşaqdı və o da bunu bilir. Çox oyun buraxa bilər və bundan o da məmnun deyil”.


.
.
.
0.48930287361145