Milinkoviç: "İkinci qol ofsayd idi"

01:26 17-09-2018
Milinkoviç: "İkinci qol ofsayd idi"

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç “Neftçi”yə səfərdə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransı keçirib.

Sportmedia.az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

- Düşünürəm ki, heç də pis oynamadıq, amma son dəqiqələrdə üstünlüyü əldən verdik. Birinci hissədə bərabər oyun getdi, müəyyən səhvlərimiz də oldu. İkinci hissədə isə oyunumuzu artırdıq, lakin bəxtimiz gətirmədi. Fikrimcə, taktiki cəhətdən yaxşı oynadıq, "Neftçi"nin güclü hücum xətti var. Bizim hücumçumuz qol şanslarını əldən verdi. Əlavə vaxtda isə qapıçımız qapını boş buraxdı, nəticədə rəqib ikinci qolu vurdu. Bununla bağlı da müxtəlif fikirlər var. Ancaq onu deyim ki, bu gün komandamız tamam fərqli idi, lakin istənilən nəticəni əldə edə bilmədik.

- Hücumçunuz şansları sağa-sola xərclədi, qapıçı isə qapını boş buraxdı. Baxmayaraq ki, bununla bağlı siz ona etiraz edirdiz...
- O yaxşı oynadı, təəssüf ki, qol vura bilmədi. Qapıçı məsələsində isə həmin an 1 dəqiqə vaxtımız qalmışdı. O anda 0:1, yaxud 0:2 hesabı ilə məğlub olmağımızın mənası yoxdu. Hakimliklə bağlı danışmaq istəmirəm, amma düşünürəm ki, 2-ci qol offsayddan vuruldu.

- Bahodir Nasimov meydana daxil olduqdan sonra hücum xəttini gücləndirmədi, əksinə ləng davranırdı.
- Amil cəld oyunçudu, lakin biz hesaba uyğun olaraq Bahodir Nasimovu meydana buraxdıq.

- Samir Məsimovun 2 epizodu oldu. O epizodlarla bağlı fikir bildirdizmi?
- Sizinlə razıyam, oyundan sonra fikir bildirdim. Yaxşı məşqçi də ola bilərsən, pis məşqçi də. Lakin hər şey futbolçunun meydandakı qərarından asılıdı. Futbolçu o ankı vəziyyətdə başqa qərar versəydi, biz 1:0 hesabı ilə qalib gələ bilərdik.

- 4 oyun və sonuncu yer. Baş məqşçi kimi hansı problemləri görür və bunları aradan qaldırmaq üçün nələr fikirləşirsiz?
- Mən ötən turda da demişdim ki, məğlub olmaq komandanı psixoloji cəhətdən geri salır. Amma bu, mənim işimdi. Albaniyada çalışarkən 6 oyundan sonra xal qazandıq. Əsas odu öz üzərimizdə işləməyi davam etdirək. (komanda.az)


.
.
.
0.57042789459229