"Sportinq" - "Qarabağ": Son məşq və mətbuat konfransı

15:10 18-09-2018
"Sportinq" - "Qarabağ": Son məşq və mətbuat konfransı

Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq “Sportinq" (Portuqaliya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək Ağdam klubunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Sportmedia.az xəbər verir ki, sabah - sentyabrın 19-da baş təmsilçimizin baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq. “Köhlən atlar”ın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


.
.
.
0.61891484260559