Bruno Fernandes: "Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm"

15:11 19-09-2018
Bruno Fernandes: "Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm"

Qarabağ-dan yaxşı oyun gözləyirik. Baxmayaraq ki, rəqibimizin adı böyük deyil, amma problem yaşada bilən komandadır".

Sportmedia.az xəbər verir ki, bu sözləri "Sportinq"in (Lissabon) ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə deyib. "Record"a danışan 24 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçəcəyini deyib: "Əlbəttə, bizdən gözləntilər böyükdür. Lakin "Qarabağ"ın "Atletiko"ya (Madrid) nələr yaşatdığını bilirik. Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq".

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.


.
.
.
0.49623489379883