Messidən daha bir rekord

15:24 19-09-2018
Messidən daha bir rekord

“Barselona”nın ulduz futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Sportmedia.az xəbər verir ki, dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Barselona” – PSV matçında 3 qol vuran Messi het-triklərin sayını 8-ə çatdırıb və sözügedən turnirdə ən çox het-trik edən oyunçu olub.
Həmçinin, argentinalı ulduz futbolçu Raul Qonzalezdən sonra Çempionlar Liqası tarixində ardıcıl olaraq 14 mövsüm qol vurmağı bacaran ikinci futbolçu olub.
Xatırladaq ki, dünən keçirilən “Barselona” – PSV qarşılaşması “kataloniyalılar”ın 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.


.
.
.
0.93668603897095