"Beşiktaş"ın daha bir futbolçusu komandadan ayrıla bilər

15:43 19-09-2018
"Beşiktaş"ın daha bir futbolçusu komandadan ayrıla bilər

Alvaro Neqredodan sonra “Beşiktaş”ın daha bir futbolçusu komandadan ayrıla bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Neqredonu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubuna satan “qara-qartallar”ın digər hücumçusu Vaqner Lav da komandadan göndərilə bilər.
Braziliyalı oyunçu ilə BƏƏ-nin bəzi klublarının maraqlandığı bildirilir. Yanvara qədər Lavı komanda saxlamağı planlaşdıran İstanbul təmsilçisinin menecerlər vasitəsilə gələn təkliflərdən sonra fikrini dəyişə biləcəyi qeyd edilir.
Xatırladaq ki, keçən mövsüm qış transfer pəcərəsində 3 milyon avro qarşılığında “Alanyaspor”dan “Beşiktaş”a keçən Vaqner Lav Super Liqada 10 oyuna 3 qol vuraraq gözləntiləri doğrultmamışdı. 34 yaşlı forvard bu mövsüm iştirak etdiyi 4 oyunda sadəcə 1 qol vura bilib.


.
.
.
0.53868198394775