"Beşiktaş"ın qapıçılar üzrə məşqçisi: "Fənərbaxça”nın hazırda bir çox problemi var"

16:24 19-09-2018
"Beşiktaş"ın qapıçılar üzrə məşqçisi: "Fənərbaxça”nın hazırda bir çox problemi var"

“Beşiktaş”ın qapıçılar üzrə məşqçisi Maryan Mrmiç UEFA Avropa Liqasında “Fənərbaxça”nın “Dinamo” (Zaqreb) ilə oyunundan öncə xorvat mətbuatına danışıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis “sarı-lacivərtlilər” haqqında:
“Fənərbaxça”nın hazırda bir çox problemi var. Mövsümün başlanğıcındakı nəticələri ümid vermir. “Dinamo” bu problemlərdən faydalanmaq məcburiyyətindədi”.
Mrmiç “Dinamo”nun qarşılaşma üçün şanslarını dəyərləndirib: “Dinamo”nun favorit olduğunu deyə bilmərəm, qalib gəlmək şansları 50 faizdir. “Fənərbaxça” hər zaman böyük klubdur və mövsümün davamında toparlanacaqlarına inanıram”.


.
.
.
0.39784407615662