Serxio Ramos: Cəhalət insanı cəsur edir"

16:39 19-09-2018
Serxio Ramos: Cəhalət insanı cəsur edir"

“Real”ın (Madrid) müdafiəçisi Serxio Ramos özünü Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə görən Antuan Qrizmanın bu fikrini münasibət bildirib.
Sportmedia.az xəbər verir ki, 32 yaşlı futbolçu fransalı hücumçunu cahil adlandırıb:
“Cəhalət insanı cəsur edir. Bu uşağın sözlərini eşidəndə ağılıma Totti, Buffon, Maldini, Raul, Xavi, İnyesta, Kasilyas kimi bir çox kubok qazandıqlarına baxmayaraq, “Qızıl Top” mükafatını ala bilməyən futbolçular gəldi. Hər kəs fikrini söyləyə bilər. Düşünürəm ki, Qrizman Dieqo Simeone, Qodin, Koke kimi futbolçulardan tövsiyə almalıdır. Beləliklə, layiq olduğu yerin hara olduğunu görə bilər”


.
.
.
0.7453248500824