"Zirə" ilə "Neftçi" arasında 13-cü duel

17:23 19-09-2018
"Zirə" ilə "Neftçi" arasında 13-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək.
Sportmedia.az xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Sentyabrın 22-də baş tutacaq qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq. İndiyədək baş tutan 12 görüşdə “Zirə”nin böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.
Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diezdir. Onun hesabında 3 qol var. Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran “qartallar”ın digər 7 oyunçusu hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də “ağ-qaralar” avtoqola üzülüb.
“Mavi-qırmızılar” Premyer Liqa çərçivəsində 7-ci dəfə “Neftçi”ni qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan qəsəbə təmsilçisi 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.

2015/16 mövsümü
03.10.2015. Premyer Liqa. Zirə - Neftçi - 2:0
İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Premyer Liqa. Neftçi - Zirə - 1:1
Ruslan Qurbanov, 10 // Luis Alberto Diez, 4

27.02.2016. Premyer Liqa. Zirə - Neftçi - 3:0
Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:0

2016/17 mövsümü
14.08.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:1
Vüqar Mustafayev, 43

16.10.2016. Premyer Liqa. Zirə - Neftçi - 2:0
Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Premyer Liqa. Zirə - Neftçi - +:-

2017/18 mövsümü
16.09.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:0
Riçard Qadze, 30

24.02.2018. Premyer Liqa. Neftçi - Zirə - 1:1
İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Premyer Liqa. Zirə - Neftçi - 0:3
Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5


.
.
.
0.44414806365967