"Qarabağ" - "Arsenal" matçının biletləri sabahdan etibarən satışda!

22:02 19-09-2018
"Qarabağ" - "Arsenal" matçının biletləri sabahdan etibarən satışda!

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall


Qeyd: Stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.


.
.
.
0.6016058921814