Filip Ozobiç: "Bakıya da yaxşı nəticə ilə qayıtmaq istəyirik"

01:05 20-09-2018
Filip Ozobiç: "Bakıya da yaxşı nəticə ilə qayıtmaq istəyirik"

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında səfərdə "Sportinq"in (Lissabon) qonağı olacaq.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Filip Ozobiç oyunöncəsi mətbuat konfransında iştirak edib:
"Sportinq” yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Düşünürəm ki, onun dediyinə əməl etsək, yaxşı nəticə əldə edə bilərik. Güclü komandaya qarşı oynayacağımızı bilirik. Sona qədər vuruşacağıq. Yaxşı oyun oynamaq istəyirik. Bakıya da yaxşı nəticə ilə qayıtmaq istəyirik".


.
.
.
0.909991979599