İstanbul derbisinin hakimləri müəyyənləşib

14:28 20-09-2018
İstanbul derbisinin hakimləri müəyyənləşib

Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Beşiktaş” matçının hakimləri müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, oyunun baş hakimi Fırat Aydınus olacaq. Ona Sərkan Ok və Aleks Taşçıoğlu kömək edəcəklər. Dördüncü hakim funksiyasına isə Alper Ulusoy təyin edilib.
Xatırladaq ki, qarşılaşma sentyabrın 24-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


.
.
.
1.2356770038605