Obameyanqın atası həm də məşqçisi oldu

17:30 20-09-2018
Obameyanqın atası həm də məşqçisi oldu

Qabon millisinin yeni baş məşqçiləri bəlli olub.
Sportmedia.az xəbər verir ki, Qabon Futbol Federasiyasının məlumatına əsasən, yığmanın baş məşqçilik postuna sabiq futbolçuları Pyer Fransua Obameyanq və Daniel Kuzen gətirilib.
Federasiyası açıqlamasında hər iki mütəxəssisin eyni məsuliyyətə sahib olduğunu və Qabonu 2019-cu ildə təşkil olunacaq Afrika Millətlər Kubokunun finallarına daşıyacaqlarına inanıldığını bildirib.
Qeyd edək ki, “Arsenal”da forma geyinən ulduz futbolçu Pyer Emerik Obameyanqın atası Pyer Fransua 1985-1998 mövsümləri arasında 80 dəfə formasını geyindiyi Qabonun kapitanı olmuşdu. Kuzen isə 2000-2014 mövsümləri arasında forma geyindiyi milli komandada 56 oyuna 13 qol vurmuşdu.


.
.
.
0.66046690940857