Əmrə Can: "Biz qadın deyilik, futbolçuyuq"

17:56 20-09-2018
Əmrə Can: "Biz qadın deyilik, futbolçuyuq"

"Yuventus"un türk əsilli ulduz futbolçusu Əmrə Can səfərdə 2:0 hesabı ilə qalib gəldikləri "Valensiya" matçından sonra Kriştiano Ronaldonun qırmızı vərəqi ilə cəzalanması haqqında söylədiyi fikirlər müzakirələrə səbəb olub.

Sportmedia.az xəbər verir ki, alman mətbuatına danışan Can:

"Qırmızı vərəqə ilə cəzalandırılmalımıydı? Feliks Brixin "saçını dartıb" dediyini eşitdim. Biz qadın deyilik, futbol oynayırıq".

Həmçinin, Əmrə Can: "Əgər saçı tutduğuna, dartdığına görə qırmızı vərəqə verilirsə, onda hər şeyə qırmızı vərəqə verilməlidi. Həmin epizod 100 faiz qırmızı vərəqəlik deyildi".


.
.
.
0.43445897102356