IV turun ən yaxşı oyunçusu Səlahət Ağayevdir 

20:54 20-09-2018
IV turun ən yaxşı oyunçusu Səlahət Ağayevdir 

“İnStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün IV turunun ən yaxşı futbolçusu məlum olub.
Sportmedia.az xəbər verir ki, bu, Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Səlahət Ağayevdir.
“Keşlə”yə qarşı keçirilən və “Neftçi”nin 2-0 hesablı qələbəsi ilə başa çatan görüşdə əla təsir bağışlayan Ağayev turun ən yüksək indeksə malik olan futbolçusudur.


.
.
.
0.39495396614075