Qurban Qurbanov: "Futbolçularım pis təsir bağışlamadılar"

02:17 21-09-2018
Qurban Qurbanov: "Futbolçularım pis təsir bağışlamadılar"

“Qarabağ” UEFA Avropa Liqasının yeni mövsümünün qrup mərhələsi çərçivəsində ilk oyununu səfərdə “Sportinq”ə (Lissabon) qarşı keçirib.
Sportmedia.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesabı ilə qələbə qazandığı matçdan sonra təşkil mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur.
Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq. Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.


.
.
.
0.6016960144043