UEFA-nın yeni reytinqi: mövqeyimiz dəyişmədi

14:16 21-09-2018
UEFA-nın yeni reytinqi: mövqeyimiz dəyişmədi

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportmedia.az xəbər verir ki, keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməyib. 18.500 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb. Avroliqada mübarizə aparan "Qarabağ" "Sportinq"ə 2:0 hesabı ilə məğlub olduğuna görə xal ehtiyatımızda dəyişiklik olmayıb.

Qeyd edək ki, Azərbaycanı 1 pillə qabaqlayan İsrailin isə 18.625 xalı var.


.
.
.
0.48267102241516