Klubların yeni reytinq cədvəli

14:49 21-09-2018
Klubların yeni reytinq cədvəli

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Sportmedia.az xəbər verir ki, ən yaxşı göstəriciyə malik klubumuz “Qarabağ”dır. Son ölkə çempionu, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu 19,500 xalla 66-cı sırada qərarlaşıb. “Qarabağ” bu göstərici ilə İspaniyanın “Valensiya”, İtaliyanın “Milan” kimi klublarını geridə qoyub.

“Qarabağ”ı digər klublarımızdan “Qəbələ” izləyir. Qəbələ şəhərinin təmsilçisi 6,250 xalla 160-cı pillədədir.

“Neftçi” isə 3,250 xalla 279-cu pillədə qərarlaşıb.


.
.
.
0.53307795524597