Lippi: "Hakim halüsinasiya görüb"

16:24 21-09-2018
Lippi: "Hakim halüsinasiya görüb"

“Yuventus”un sabiq baş məşqçisi Marsello Lippi Kriştiano Ronaldonun qırmızı vərəqə aldığı epizodu dəyərləndirib.
Sportmedia.az xəbər verir ki, “Tuttosport”a danışan mütəxəssis:
“Bu epizodla bağlı bir növ Dünya miqyasında VAR qərarı çıxıb onsuz da. Hər kəs nə olduğunu gördü. Bir oyunçunun qırmızı vərəqə alması üçün başqasının başına toxunmaq kifayət deyil. Böyük ehtimalla, hakim orada halüsinasiya görüb”.
Həmçinin, Lippi: “Bir kluba bu qədər böyük ziyan verə bilməzsiniz. Qırmızı vərəqənin verilməməsi gərəkən bir epizoda görə 2 oyunluq cəza verə bilməzsiniz. Hətta UEFA bir addım atmalıdı və hakimin səhvini qəbul etməlidi. VAR olsaydı, Ronaldoya qırmızı vərəqə verilməzdi. Buna görə də, cəza verməməlidilər. Cəza vermələri absurd olar”.
Duqlas Kostanın “Sassuolo” ilə oynanılan qarşılaşmda aldığı qırmızı vərəqə ilə bağlı da danışan “qoca sinyora”nın sabiq çalışdırırcısı: “Duqlas Kosta orada bir səhv etdi. Bu səviyyələrdə özünü ələ almalısan. Rəqibin ona bir şeylər söylədiyini dedi mənə. Əgər sənin haqqında pis şeylər deyirsə, öz mövqeyinə qayıtmalısan. Ronaldonun qırmızı vərəqəsindən fərqli bir epizoddu. Ronaldo heç bir şey etməmişdi”.


.
.
.
0.44462299346924