Keyhil: "Çelsi"dən ayrılacam"

15:49 22-09-2018
Keyhil: "Çelsi"dən ayrılacam"

“Çelsi”yə Maurisio Sarri gəldikdən sonra gözdən düşən Qari Keyhil gələcəyi ilə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, bu mövsüm David Luiz, Antonio Rüdiger və Andreas Kristensenin gerisində qalan ingiltərəli müdafiəçi “Yanvarda komandadan ayrılacaqsan?” sualına “Böyük ehtimalla, bəli” cavabını verib.
“The Guardian”a danışan Keyhil: “Oynamamağı qəbul edəcək oyunçu deyiləm. Bəzən karyeran üçün çətin qərarlar verməli olursan. Yeddi ildir böyük işlərin içində olan bir futbolçu kimi hazırki vəziyyətimdən məmnun deyiləm. Bəli, böyük ehtimalla, yanvar ayında komandadan ayrılacam”.
Qeyd edək ki, yayda Qari Keyhilin adı “Qalatasaray” ilə hallanmışdı.


.
.
.
0.40064287185669