"Real"ın prezidenti Ronaldonun nə üçün klubdan ayrıldığını açıqlayıb

14:38 22-09-2018
"Real"ın prezidenti Ronaldonun nə üçün klubdan ayrıldığını açıqlayıb

“Real”ın prezidenti Florentino Peres Kriştiano Ronaldonun “Yuventus”a transfer olmasından danışıb.
Sportmedia.az xəbər verir ki, Ronaldonun ayrılıq səbəbini açıqlayan prezident:
“Bu il ən qazanclı satışımız oldu. Şəxsi səbəblərə görə ayrılmaq istədi. Hər kəs bir həll yolu üzərində birləşəndə tərəflər arasında asanlıqla razılıq əldə olunur”.
Ən yaxşı təklifin “Yuventus”dan gəldiyini deyən Peres: “Yuventus”un Ronaldo üçün 100 milyon avroluq təklifindən daha yaxşı təklif gəlmədi. Ediləcək bir şey yoxdu. Ronaldoya bu forma ilə etdiklərinə görə minnətdarıq”.
Həmçinin, Florentino Peres: “Ronaldo Alfredo Di Stefanodan sonra klub tarixinin ən yaxşısıdı. Bura həmişə onun evi olacaq”.


.
.
.
0.57602787017822