U-17 (qızlar) bu gün ikinci oyununu keçirəcək

14:11 22-09-2018
U-17 (qızlar) bu gün ikinci oyununu keçirəcək

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Sportmedia.az xəbər verir ki, Moldovadakı Technical Centre Vadullui Voda stadionunda, saat 16:00-da başlayacaq oyunda U-17 İngiltərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Oyunu Katarina Kampos (Portuqaliya) idarə edəcək. Ona həmyerlisi Vanessa Alexandra Dias və moldovalı Maria Buclis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natalia Ceban (Moldova) yerinə yetirəcək.


.
.
.
0.48952293395996