Aftandil Hacıyev: "Oyunumuzda inkişaf var"

00:07 23-09-2018
Aftandil Hacıyev: "Oyunumuzda inkişaf var"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, paytaxt təmsilçisinin gənc çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Oyun həqiqətən maraqlı keçdi. Əsasən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Getdikcə daha da artırmalıyıq. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbol ictimaiyyətini təəccübləndirməyi bacarıb. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Şanslarımızdan yararlana bilməmək ustalıq səviyyəsi ilə bağlı da ola bilər, bəxtsizliklə də”. (komanda.az)


.
.
.
0.52480697631836