"Qalatasaray" "Beşiktaş"ın sabiq futbolçusu ilə maraqlanır

15:15 24-09-2018
"Qalatasaray" "Beşiktaş"ın sabiq futbolçusu ilə maraqlanır

“Qalatasaray” “Beşiktaş”ın sabiq futbolçusu Alvaro Neqredoya göz dikib.
Sportmedia.az xəbər verir ki, bu haqda “A Spor” məlumat yayıb.
“Cim Bom”un hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubunun şərəfini qoruyan 33 yaşlı forvardı icarəyə götürmək istədiyi bildirilir.
Xatırladaq ki, Alvaro Neqredonun “Beşiktaş”la olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmiş və ispaniyalı oyunçu “Əl-Nəsr” klubuna transfer olmuşdu.


.
.
.
0.522616147995