Jervinyo: "Gözəl qadın olmamağıma baxmayaraq..."

17:32 24-09-2018
Jervinyo: "Gözəl qadın olmamağıma baxmayaraq..."

Transfer dönəmində adı "Qalatasaray"la hallanan və "Parma"dakı performansı ilə diqqətləri yenidən cəlb edən Jervinyo maraqlı açıqlamaları ilə yadda qalıb.
Sportmedia.az xəbər verir ki, "Kalyari"yə vurduğu qol ilə İtaliya mətbuatının gündəminə düşən Jervinyo azarkeşlərə gözəl hədiyyə verdiyini deyib:
"İnsanları vurduğum qolla sevindirmək mənim üçün ən böyük hədiyyədi. Burda məni çox yaxşı qarşıladılar. Mənə çox böyük sevgi göstərdilər. Meydandan çıxanda ayaqda alqışlandım. "Parma" azarkeşləri A Seriyaya qayıdana qədər çox əziyyət çəkdilər. "Parma"nı seçdim, çünki burda məni önəmli hiss etdirdilər. Gözəl qadın olmamağıma baxmayaraq, idman direktorumuz məni razı salmaq üçün uzun müddət səy göstərdi".
Karyerasının ilk vaxtlarını və Avropaya gəlişindən bəhs edən futbolçu: "18 yaşımda Avropaya gəlmək gözəl idi, həmçinin çətin idi də. Məyus olmağıma, təslim olmağıma icazə vermədim, çünki futbol başqalarını tanımaq üçün mənə fürsət vermişdi. Daha sonra Rudi Qarsiya ilə tanışdım. Mənim üçün ikinci ata kimiydi. Meydanda edə bildiyim hər şeyi onun sayəsində öyrəndim. "Lill" ilə kuboku və liqanı qazanaraq böyük uğur əldə etdik. Hamımız üçün çox əhəmiyyətli idi".
"Arsenal"da olarkən "Roma"dan gələn təklifi iki dəfə düşünmədiyini deyən forvard: "Mənə Totti ilə birlikdə oynamaq fürsəti verən "Roma"nın təklifini ikinci dəfə fikirləşmədən qəbul etmişdim".


.
.
.
0.43450784683228