Abramoviç "Çelsi"ni satır

17:11 25-09-2018
Abramoviç "Çelsi"ni satır

2003-cü ildən bəzi “Çelsi”nin sahibi olan və “zadəgalar”ı iflasdan qurtarıb dünyanın ən güclü komandalarından biri edən Roman Abramoviç rekord təklif gələcəyi təqdirdə klubu satmağa hazırlaşır.


Sportmedia.az xəbər verir ki, bu haqda “Bloomberg Businessweek” məlumat yayıb.


Bildirilir ki, İngiltərə ilə Rusiya arasında yaşanan problemlərdən təsirlənən və ABŞ-ın ona sanksiya tətbiq etməsindən çəkinən Abramoviç klubu ABŞ-ın iş adamlarına təkif edir.


2018-ci ilin əvvəlindən Abramoviç ilə Nyu Yordakı ticarət bankı “Raine Group” arasında danışıqlar aparılsa da, rus iş adamının yüksək məbləğ tələb etməsi danışıqların hələlik nəticəsiz qalmasına gətirib çıxarıb.


Ötən aylarda verilən açıqlamaya əsasən, Abramoviçin London təmsilçisinə şəxsi vəsaitləri hesabına qoyduğu investisiyaların məbləği 1.5 milyard avronu keçib.


Xatırladaq ki, Roman Abramoviç klubu satın aldığından bəri ”Çelsi” 15 il ərzində Çempionlar Liqası da daxil olmaqla 15 kubok qazanmağa nail olub.


.
.
.
0.41253709793091