"Sabah" "Keşlə"nin sabiq futbolçusunu transfer edib

17:25 25-09-2018
"Sabah" "Keşlə"nin sabiq futbolçusunu transfer edib

“Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağlanıb. 30 yaşlı futbolçu “Sabah”da 22 nömrəli formada çıxış edəcək.
Bosançiç karyerası ərzində Serbiyanın “Partizan” (2006-2008), OFK (2008), “Çukariçki” (2008-2009), “Srvena Zvezda” (2014-2015), Çexiyanın “Slovan Liberets” (2009-2012, 2017-2018), Portuqaliyanın “Boavişta” (2007-2008), Cənubi Koreyanın “Qyonqnam” (2013-2014), Taylandın “Tero Sasana” (2016-2017), Çinin “Qrintaun” (2015) klublarında çıxış edib. Onun son komandası Bakının “Keşlə” klubu olub.


.
.
.
0.587571144104