“Fənərbaxça” Koku ilə bağlı qərarını verib

16:00 26-09-2018
“Fənərbaxça” Koku ilə bağlı qərarını verib

Mövsümün əvvəlindən indiyənədək ümidləri doğrultmayan “Fənərbaxça”nın baş məşqçisi Fillip Koku ilə bağlı rəhbərlik qərar verib.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
“Beşiktaş”la matçda göstərdiyi oyunla ümid verən “Fənərbaxça”da president Ali Koç və idarə heyətinin Koku ilə yola davam etmək qərarına gəldiyi bildirilir.
Xatırladaq ki, “Fənərbaxça” komandası holland çalışdırıcının rəhbərliyi altında iştirak etdiyi 9 oyunda 2 qalibiyyət, 2 heç-heçə və 5 məğlubiyyət alıb.


.
.
.
0.40107488632202