Volkan Demirəl: "Çox məyusam"

16:12 26-09-2018
Volkan Demirəl: "Çox məyusam"

“Fənərbaxça” – “Beşiktaş” matçında ehtiyat oyunçular skamyasında oturan Volkan Demirəl derbidə oynamadığına görə məyus olduğunu deyib.
Sportmedia.az xəbər verir ki, təcrübəli qolkiper “Fənərbaxça” üçün hər şeyi etməyə hazır olduğunu bildirib:
“Bu qarşılaşmada oynamadığım üçün çox məyusam, lakin oynayan da bizim yoldaşımızdı və önəmli olan “Fənərbaxça”nın qalib gəlməyidi. Mən həmişə özümə “Sən oynamalısan” deyirəm və bunun üçün etməli olduğum tək şey çox çalışmaqdı. Bunu öz daxilimdə həll etməliyəm”.
Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” matçında “sarı-lacivərtlilər”in qolkiperi Harun Təkin idi.


.
.
.
0.48893189430237