"Beşiktaş" o futbolçu ilə yeni müqavilə imzalayır

17:17 26-09-2018
"Beşiktaş" o futbolçu ilə yeni müqavilə imzalayır

“Beşiktaş” Rayan Babel ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini uzadır.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, 2 mövsüm əvvəl dövrələr arası fasilədə “Deportivo”dan “Beşiktaş”a keçən və daha sonra Hollandiya millisinə də dəvət alan 32 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2020-ci ilədək uzadılacaq.
Keçən mövsüm 45 oyuna 15 qol vuran və 7 məhsuldar ötürmə edən Babel bu mövsümə də çox yaxşı başlayıb. Belə ki, liqada 6 oyuna 4 qol vuran hollandiyalı vinqer Avrokubok matçlarında 2 dəfə rəqib qapısına yol tapa bilib.


.
.
.
0.593092918396