"Qarabağ" - "Arsenal" matçına nə qədər bilet satılıb?

15:10 27-09-2018
"Qarabağ" - "Arsenal" matçına nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletlərinin satışı davam edir. Bu günə olan məlumata görə, artıq satılan biletlərin sayı 30 min-i keçib. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall


.
.
.
0.81367683410645