İlk Avropa çempionatı Latviyada keçiriləcək

14:39 28-09-2018
İlk Avropa çempionatı Latviyada keçiriləcək

19 yaşadək futzalçılar arasında ilk dəfə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.
Sportmedia.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş İcraiyyə Komitəsinin qərarı ilə yarış 8-14 sentyabr 2019-cu il tarixlərində Latviyadakı “Riqa Arena”da keçiriləcək. 2006-cı ildə instifadəyə verilən və 9975 nəfər tutumu olan arena çoxfunksiyalıdır. Orada bastekbol oyunları, eləcə də tanınmış müğənnilərin konsertləri təşkil olunur.
Xatırladaq ki, ilk dəfə keçiriləcək Avropa çempionatında 35 komanda iştirak edəcək. Həlledici mərhələyə ev sahibliyi edəcək Latviya yığması istisna olmaqla qalan 34 komanda ilkin və əsas mərhələdə yarışacaq. Daha doğrusu, reytin cədvəlində son 8 sırada yer alan komandalar yanvarın 21-dən 26-dək keçiriləcək ilkin mərhələdə iştirak edəcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünəcək. Ancaq qrup qalibləri əsas mərhələdə yarışacaq. Elə millimiz də mübarizəyə bu mərhələdən başlayacaq. Martın 26-dan 31-dək keçiriləcək əsas mərhələdə 28 komanda iştirak edəcək. Bu dəfə komandalar 7 qrupda mübarizə aparacaq. Yeddi qrupun qalibi həlledici mərhələdə mübarizəni davam etdirmək hüququ qazanacaq.
Seçmə mərhələnin püşkü noyabrın 1-də Nyon şəhərində keçiriləcək. Qalibin adı isə 2019-cu ildə 8-14 sentyabr tarixlərində baş tutacaq final mərhələsində müəyyənləşəcək. Reqlamentə əsasən, 8 komanda bu mərhələdə iki qrupda yarımfinala yüksəlmək üçün mübarizə aparacaq. İlkin və əsas mərhələdən mübarizəyə başlayacaq komandaların siyahısını diqqətinizə çatdırırıq:

İlkin mərhələ (21-26 yanvar)
İsveç, Monteneqro, Kosovo, Yunanıstan, Litva, Kipr, Andorra, San Marino

Əsas mərhələ (26-31 mart)
Rusiya, İspaniya, Portuqaliya, Qazaxıstan, Ukrayna, AZƏRBAYCAN, İtaliya, Serbiya, Sloveniya, Xorvatiya, Macarıstan, Çexiya, Rumıniya, Polşa, Fransa, Slovakiya, Belarus, Hollandiya, Bosniya və Herseqovina, Belçika, Gürcüstan, Makedoniya, Finlandiya, Türkiyə, Moldova, İngiltərə


.
.
.
0.50598001480103